NATO-da “qiyam”: Lyayenə qarşı sərt ittihamlar

Avropa İttifaqının (Aİ) sərhədlərdə “dron divarı” yaratmaq təşəbbüsü NATO-da ciddi narazılıq və parçalanmaya səbəb olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Bildirilir ki, Şimali Atlantika Alyansının bəzi rəsmiləri bu layihəni Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin siyasi ambisiyası kimi qiymətləndirirlər.
NATO təmsilçiləri hesab edir ki, Lyayen Avropanın hərbiləşdirilməsini şəxsi uğuru kimi qələmə verməyə və bunu siyasi mirasına çevirməyə çalışır.
Alyansdakı diplomatlardan biri nəşrə açıqlamasında Avropa Komissiyasını səlahiyyət həddini aşmaqda ittiham edib: “Avropa Komissiyası öz ekspertizasının olduğu sahələrə diqqət yetirməlidir. Onlar ticarət sövdələşmələri ilə məşğul olsunlar, transatlantik təhlükəsizlik məsələlərindən isə uzaq dursunlar”.
Müəllif: Adəm



