AZERFAX TV

Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı

Portuqaliya millisi Millətlər Liqasının qrup mərhələsinin matçında Kopenhagendə Danimarka komandasını məğlub edib.

AZERFAX.AZ xəbər verir ki, Ronaldonun iştirak etmədiyi görüş 4:2 hesabıyla başa çatıb.

Qaliblərin heyətində 13-cü dəqiqədə Juan Kanselu, 25-ci dəqiqədə Qonsalu Ramuş, 67-ci dəqiqədə Vitinya və 87-ci dəqiqədə Juan Feliks fərqləniblər. Vitinya üçün bu qol Portuqaliya millisindəki ilk qol olub. Danimarkalıların heyətində isə Mikkel Damsqor və Rasmus Heylund topu tora daxil ediblər.

A qrupunun dördüncü qrupunda ardıcıl üçüncü qələbəsini qazanan portuqaliyalılar xallarını doqquza çatdırıb və birinci yeri qoruyublar. Üç xalı olan Danimarka ikinci mövqedə qərarlaşıb. Oktyabrın 4-də keçiriləcək növbəti turda Portuqaliya Norveçi qəbul edəcək, Danimarka isə səfərdə Uelslə oynayacaq.

Oktyabrın 1-də məlum olub ki, Ronaldonu Portuqaliya millisinin düşərgəsini özbaşına tərk etdiyinə görə altıaylıq diskvalifikasiya təhlükəsi gözləyir.

Qeyd olunub ki, Portuqaliya Futbol Federasiyasının intizam reqlamenti belə pozuntulara görə sanksiyalar nəzərdə tutur. Ronaldo cərimələnə və ya birdən altı aya qədər milli komandadan kənarlaşdırıla bilər.

41 yaşlı hücumçunun hesabında milli komanda ilə bağlı iki dünya rekordu qalmaqdadır – tarixin ən yaxşı bombardiri adı (146 top) və keçirilmiş oyunların sayına görə rekordçu titulu (234).

Bundan əvvəl Portuqaliya millisinin baş məşqçisi Ronaldo ilə bağlı baş verənlərə görə vicdanının təmiz olduğunu bəyan etmişdi.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button