
Gəncədə Nizami prospektində iki “KİA” və bir “Mercedes” markalı avtomobillərinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə zamanı zamanı 3 avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü R.Aslanov, 1998-ci il təvəllüdlü Ə.Əliyev və daha 2 nəfər isə yüngül xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib. lkin ehtimala görə, qəzaya səbəb yağışlı havada yolun sürüşkənliyi olub.


AZERFAX.az Qərb Bürosu