İdman

İslam Konor Makqreqorun qayıdışına reaksiya verdi

Yarımorta çəkidə UFC çempionu İslam Mahaçev irlandiyalı UFC ulduzu Konor Makqreqorun səkkizbucaqlıya qayıtmasına münasibət bildirib.

Konor Makqreqor iyulun 12-də Las-Veqasda (ABŞ) keçiriləcək UFC 329 turnirinin əsas döyüşündə amerikalı Maks Hollouey ilə qarşılaşacaq.

AZERFAX.az xəbər verir ki, Mahaçev “TNT Sports”a verdiyi müsahibədə deyib:

“Bəli, bu yaxşıdır, bu yaxşıdır. O, idmanımızda böyük bir addır. Amma onun çətin bir rəqibi olacaq – Maks Hollouey. Düşünürəm ki, Makqreqoru məğlub edə bilər”.

Konor Makqreqor 28 MMA döyüşündən 22-də qalib gəlib. O, 2021-ci ildə amerikalı Dastin Poreyə qarşı döyüşdə ciddi zədə aldığı vaxtdan bəri yarışlarda iştirak etməyib. (publika)

Related Articles

Bir cavab yazın

Back to top button