Dünya
Kubadan ABŞ-a xəbərdarlıq – Hücum etsələr…

Kubalılar ABŞ-nin mümkün hücumu halında özlərini müdafiə edəcəklər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyi (XİN) sosial media hesabında paylaşım edib.
Bəyanatda deyilir: “Əgər Kubaya hücum olunarsa, ölkə qanuni özünümüdafiə hüququndan istifadə edəcək”.
Daha əvvəl Kubanın xarici işlər naziri bildirib ki, ABŞ-nin mümkün təcavüzü ölkədə humanitar fəlakətə və “qan tökülməsinə” səbəb ola bilər. O vurğulayıb ki, hərbi münaqişə baş verərsə, hər iki tərəf itkilərlə üzləşəcək.
Nazirin sözlərinə görə, “heç bir təhlükə yaratmayan kiçik bir adaya” qarşı hücum üçün heç bir əsas yoxdur.



