Romada atlar şəhəri qarışdırdılar – VİDEO

İtaliyanın paytaxtı Romada iyunun 2-də qeyd olunacaq Respublika Günü münasibətilə keçirilən hərbi paradın məşqi zamanı fövqəladə hadisə baş verib.
AZERFAX.az “La Repubblica” nəşrinə istinadla xəbər verir mi, şəhərin cənubunda onlarla at idarəetmədən çıxaraq küçələrə qaçıb.
İlkin araşdırmalara görə, hadisəyə səbəb kənardan atılan pirotexniki vasitələrin səsi olub. Səsdən hürkən və nəzarətsiz qalan heyvanlar şəhər mərkəzində xaosa səbəb olub, yollarda qəza şəraiti yaradıb və sakinlər arasında təşvişə yol açıblar. Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan ikisi təcili xəstəxanaya yerləşdirilib. Eyni zamanda, 15 at da xəsarət alıb; hazırda baytarlar onların vəziyyətini qiymətləndirir.
Hər il İtaliya rəhbərliyinin iştirakı ilə “Via dei Fori Imperiali” küçəsində təşkil edilən paradda bu cür insidentlər nadir hallarda baş verir.
Polis hadisənin dəqiq səbəbini araşdırır və pirotexniki vasitəni işə salan şəxsi axtarır. Təşkilatçılar paradda təhlükəsizlik tədbirlərini yenidən nəzərdən keçirməyə məcbur qalıblar.



