Ölkə
3-cü yerdən 14-cü pilləyə gerilədi


Formula 1 üzrə Azərbaycan Qran-Prisində Oskar Piastri ciddi səhvə yol verərək bir anda 11 mövqe itirib.
AZERFAX.AZ xəbər verir ki, yarışın 40-cı dövrəsində “McLaren” pilotu əyləcləmə zamanı təkərlərini kilidləyib və nəticədə 3-cü pillədən 14-cü yerə geriləyib.
Piastrinin səhvindən İsak Hacar yararlanaraq üçüncü pilləyə yüksəlib.
Liderlik uğrunda isə Corc Rassell və Maks Ferstappen arasında gərgin mübarizə davam edir. Ferstappen ötmə rejimindən istifadə etmək imkanı qazansa da, Rassell həmin dövrədə mövqeyini qorumağı bacarıb.
Beləliklə, yarışın sonlarına doğru Bakı trasında həm podium, həm də liderlik uğrunda mübarizə daha da gərginləşib.



