Xəstəxanadan çıxan keçmiş iqtisadiyyat nazirinin ilk işi araq içmək oldu

Rusiyanın ilk iqtisadiyyat naziri olan Andrey Neçayevin vəziyyəti ağırlaşıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə 112 “Telegram” kanalı məlumat yayıb. Qeyd edilib ki, keçmiş yüksək rütbəli məmurun qan təzyiqi kəskin şəkildə aşağı düşübmüş.
“73 yaşlı siyasətçi müayinədən keçirilərək evə göndərilib, həyatı təhlükədə deyil”, – məlumatda qeyd edilib.
Siyasətçi isə Şostakoviçin konsertində özünü pis hiss etdiyini və daha sonra Yauza Xəstəxanasına aparıldığını bildirib. O, hadisəyə yumorla cavab verərək “nekroloq olmayacağını” bildirib. Neçayev deyib: “Xəstəxanadan evə qayıtdım. Bütün baş verənlərdən sonra bir qədəh içki içib televizora baxmağa qərar verdim”.
Xatırladaq ki, bundan öncə keçmiş nazirin piyada keçidində huşunu itirdiyi bildirilirdi.
Neçayev 1992–1993-cü illərdə Yeqor Qaydarın rəhbərlik etdiyi islahatçı hökumətdə Rusiya Federasiyasının İqtisadiyyat naziri vəzifəsində çalışıb.
Müəllif: Tural



