Hadisə
Goranboyda 30 yaşlı kişi meyiti tapıldı

Goranboy sakininin meyiti babasının məhləsində tapılıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə Tatarlı kənd sakini 1996 cı il təvəllüdlü Elməddin Məmmədovun meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Mərhum ailəli olub və bir övladı var. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.



