Hadisə

Tovuzda ağır qəza- ölən və yaralananlar var

Tovuzda iki avtomobilin toqquşması ölümlə və xəsarətlərlə nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Düz Qırıqlı kəndində baş verib.

Hərəkətdə olan “VAZ-2106” və “Mitsubishi Pajero” markalı avtomobillərin toqquşması zamanı bir nəfər hadisə yerində dünyasını dəyişib, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Yaralılar arasında azyaşlıların da olduğu bildirilir. Onların şəxsiyyəti müəyyənləşdirlir. Hadisə yerinə DYP-nin və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırmalar davam etdilir.

Related Articles

Bir cavab yazın

Back to top button