“Gəncə Dağçılıq Klubu”nun üzvü Heydər Zirvəsindı – 3751 metr

Gəncəli alpinist, “Gəncə Dağçılıq Klubu”nun təsisçi-direktoru, beynəlxalq dərəcəli alpinist Mahir Hüseyn 09-10 may tarixlərində Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ənənəvi olaraq təşkil olunan Heydər Zirvəsi yürüşündə iştirak edib. AZERFAX.az xəbər verir ki, “Gəncə Dağçılıq Klubu” və “High Peak” klublarının birgə əməkdaşlığı çərçivəsində baş tutan ekspedisiya Quba rayonunun Xınalıq kəndindən start götürüb. Yürüş iştirakçıları 2750 metr yüksəklikdə düşərgə quraraq zirvə hazırlıqlarını tamamlayıblar.
10 may 2026-cı il tarixində səhər saat 04:30-da düşərgədən hərəkət edən alpinistlər 3752 metr yüksəklikdə yerləşən Heydər Zirvəsinə uğurla yüksəliblər. Zirvədə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, büstü önündə xatirə şəkilləri çəkilib.
Daha sonra ekspedisiya üzvləri yenidən düşərgəyə qayıdaraq yürüşü uğurla başa vurublar. Səfər iştirakçılar üçün həm fiziki, həm də mənəvi baxımdan unudulmaz anlarla yadda qalıb.



