Region

Göygöldə ağır qəzada xəsarət alanların kimliyi bilindi.

Göygöldə iki avtomobilin toqquşması zamanı xəsarət alanların şəxsiyyəti müəyyənləşib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə nəticəsində 2005-ci il təvəllüdlü Ətlas İsmayılova, 2010-cu il təvəllüdlü Raya Cəfərli və 2010-cu il təvəllüdlü Seymur Pənahov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göygöl rayon xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.

Qəza Göygöl rayonu ərazisində, mərkəzi xəstəxananın yaxınlığında baş verib. Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili ilə mikroavtobus toqquşub. Zərbənin təsirindən mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button