Region

Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı


Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağının oğurlanması barədə məlumatlar yayılıb.

AZERFAX.AZ Qafqazinfo.az-a istinadən xəbər verir ki, 57 yaşlı 1-ci Qarabağ müharibəsi qazisi Telman Omarov uşağı oğurlayaraq yaşadığı evə gətirib.

O, uşağı almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.

Sərxoş vəziyyətdə olan T.Omarov polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.

Araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button