Region

Gəncədə litseydə baş verən insindentə hüquqi qiymət veriləcək.

Gəncə şəhərində 4 saylı xarici dil təmayüllü məktəb liseyində şagirdlərlə müəllim arasında baş verən insindent hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindədir. DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov AZERFAX.az-ın yerli bürosuna bildirib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır:

“Müvafiq ekspertiza təyin olunub. Ekspertiza rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək” deyə Eşqin Qasımov əlavə edib.

Qeyd edək ki, 10.04.20025-ci il tarixdə 08:45 radələrində məktəbin azərbaycan bölməsinin idman müəllimi , 1985-ci il təvəllüdlü Fərrux Bəham oğlu Quliyevlə liseyin IX və X sinfində oxuyan şagirdləri arasında insindent yaşanıb.

AZERFAX.az  Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button