Region

Sabirabadda qonşuların davası qanla bitdi.

Sabirabadda qonşular arasında mübahisə qanla nəticələnib. AZERFAX.az xəbər verir ki, Sabirabad şəhər sakini, 1998-ci il təvəllüdlü Ramazanov Elnur Hümbət oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralı sinə və yan nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə əməliyyata götürülüb.

Baş verən hadisəilə bağlı bir nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki,  dünən saat 21 radələrində Sabirabad rayon sakini M.Cabbarov aralarında yaranmış mübahisə zəminində tanışı E.Ramazanova kəsici-deşici alətlə xəsarət yetirib. M.Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button