Region

Samux şəhidi 32 sonra doğma kəndində dəfn olundu.

Qalıqları Ağdərə rayonunun Artek kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş, sonradan şəhid olduğu bilinən Samux rayon Qovlarsarı kənd sakini Münasib Mehdiyevlə vida mərasimi keçirilir. AZERFAX.az-ın yerli bürosu xəbər verir ki, vida mərasimi şəhidimizin böyüyüb başa çatdığı Qovlarsarı kəndində gerçəkləşib.

Mərasimində şəhidin doğmaları, Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

1975-ci ildə anadan olan Münasib Mehdiyev 1992-ci ildə hərbi xidmətə yollanıb.

O, Ağdərədə düşmənə qarşı xüsusi qəhrəmanlıqla döyüşüb.

Həmin ilin iyul ayında itkin düşüb.1997-ci ildə onun şəhid olduğu məlum olub.

Subay olan M. Mehdiyevə sonradan şəhidlik statusu verilib.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button